Ana Sayfa > Karusel / Hadisə / Dünya > Telefonu əlindən yerə qoymayan qızın barmaqları bükülmür

Telefonu əlindən yerə qoymayan qızın barmaqları bükülmür


27-10-2018, 12:36. Yazar: Xeberaz

 

Çinin Çanşa şəhərində qəribə hadisə qeydə alınıb.
Xeberaz .az bildirir ki, yerli sakin bir həftə smartfonu əlindən yerə qoymayıb və bu səbəbdən barmaqlarını bükə bilmir. Bu barədə  "AsiaOne" agentliyi xəbər yayıb.
Qadın məzuniyyətə çıxıb və bütün günü telefonda oturub. Ancaq gecə yatanda telefondan əl çəkib. Bir müddət sonra onun sağ əlinin biləyi ağrıyıb və barmaqlarını hərəkət etdirə bilməyib.
Həkimlər bildiriblər ki, bunun səbəbi toxumaların iltihabıdır. Hazırda qadının vəziyyəti yaxşılaşır. Həkimlər isə ona smartfondan bu qədər istifadə etməməyi məsləhət görüblər.
Geri dön