Ana Sayfa > Karusel / Maraqlı > Dünyada 4 cür insan var imiş. Kimdir onlar?

Dünyada 4 cür insan var imiş. Kimdir onlar?


7-10-2018, 11:36. Yazar: Xeberaz

Bir elmi araşdırma insanların xarakter xüsusiyyətlərinə görə 4 fərqli kateqoriyaya bölündüyünü müəyyən edib.

Xeberaz.az bildirir ki, elm adamlarının dünyada 1,5 milyon insan tərəfindən cavablandırılan sorğu anketlərinə əsasən əldə etdiyi məlumatlara görə, insan utancaq, eqoist, nümunəvi və orta olaraq 4 fərqli kateqoriyaya bölünür.

Bunun insanların xarakter quruluşlarını elmi əsasa görə təsnif edən ilk araşdırma olduğu irəli sürülüb. Araşdırma internet vasitəsiylə keçirilən 4 ətraflı sorğunun nəticələri əsasında aparılıb.

Hər biri 400 sualdan ibarət olan bu sorğuya verilən cavablardan yola çıxaraq emosional qeyri-sabitlik, şəffaflıq, uyğunlaşmaq, düzgünlük və ünsiyyətcil olaraq sıralanan 5 xarakter xüsusiyyətinə diqqət yetirilib.

Bu xarakter xüsusiyyətlərinin hər biri üçün alqoritmlərdən istifadə olunaraq dörd fərqli "qrup" yaradılıb.

Elm adamlarının müəyyən etdiyi bu qruplar içində digər insanlar tərəfindən ən çox sevilmək ehtimalı olanlar "nümunəvi" kateqoriyasında yer alanlardır.

Araşdırmaya başçılıq edən ABŞ-dakı Northwestern Universitetinin müəllimi professor Luis Amaral yaşlıların və qadınların "nümunəvi" kateqoriyasında yer almaq ehtimallarının yüksək olduğunu söyləyib.

Amaral "bu insanlar etibarlı və yeni fikirlərə açıq insanlardır. Bir işi təslim etmək üçün bu kateqoriyadakı insanlardan ideal namizəd olar" deyib.

Hər kateqoriyanın xüsusiyyəti nələrdir?

Orta: Emosional qeyri-sabitliyi yüksək və ünsiyyətcil. Lakin çox şəffaf deyillər. Bu kateqoriyada kişilərdən çox qadınların yer aldığı bildirilib.

Nümunəvi: Emosional qeyri-sabitliyi az, ancaq digər xarakter xüsusiyyətləri baxımından yüksək. Yaşla birlikdə nümunəvi olmaq ehtimalı da mütənasib bir şəkildə artır. Qadınların kişilərlə müqayisədə bu kateqoriyada olmaq ehtimalları daha yüksəkdir.

Utancaq: Emosional olaraq sabit, ancaq şəffaf və nizamsız deyillər. Ünsiyyətcil adamlar olmadıqlarını söyləmək mümkündür. Lakin uyğunlaşmaq və düzgün olmaq xüsusiyyətinə sahibdirlər.

Eqoist: Çox ünsiyyətcil, amma şəffaflıq, uyğunlaşmaq və düzgünlük baxımından orta səviyyədədirlər. Araşdırmaya imza atan alimlərdən biri bu kateqoriyanın tərifini "bu insanlarla birlikdə vaxt keçirmək istəməzsiniz" sözləriylə verib.


Geri dön