Ana Sayfa > Karusel / Səhiyyə > Risk etməyin! Viaqranın daha bir əks-təsiri aşkar edilib

Risk etməyin! Viaqranın daha bir əks-təsiri aşkar edilib


6-10-2018, 18:12. Yazar: Xeberaz

İngiltərədə orta yaşlı kişi yüksək miqdarda viaqra qəbul etdiyi üçün görmə qabiliyyətini itirib.

Xeberaz .Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə tibb dünyasının əhəmiyyətli jurnallarından olan "Retinal Cases and Brief Reports"-da xəbər yayılıb.

Məlumata görə, araşdırmanın müəllifi həkim Riçard Rosen qeyd edib ki, insanlar çox zaman yüksək dozada dərman qəbul edərək, sağlam qalacaqlarını düşünürlər: "Yüksək dozada dərman qəbul etmək zərərlidir və araşdırmamda bu, bir daha sübuta yetirildi".

Rosen qeyd edib ki, 31 yaşlı bir kişi xəstəxanaya gələrək görmə problemi yaşadığını qeyd edib. Araşdırma zamanı onun qanında yüksək dozada viaqra olduğu müəyyən edilib.



"Xəstə görmə qabiliyyətinin zəiflədiyini və hər şeyi qırmızı pərdə arxasından gördüyünü deyirdi. Araşdırma zamanı xəstənin viaqraya bənzər dərman içdiyi məlum oldu. Yüksək dozada qəbul edilmiş dərman hüceyrələrdə dəyişikliyə səbəb olaraq görmə qabiliyyətinin itirilməsi ilə nəticələnir" - deyə həkim qeyd edib.

Rosen onu da bildirib ki, bu, tibb tarixində bir ilkdir.


Geri dön