Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda iki avtobus toqquşdu: yaralılar var - YENİLƏNİB - FOTO

Bakıda iki avtobus toqquşdu: yaralılar var - YENİLƏNİB - FOTO


4-10-2018, 18:45. Yazar: Xeberaz

 

Bakının Sabunçu rayonu ərazisində iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına müraciət edib.

Bu barədə Trend-ə xəstəxanadan məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı müraciət edənlərdən 2 nəfər müayinə edildikdən sonra evə buraxılıb. Hazırda digər xəsarət alan1992-ci il təvəllüdlü Allahverdiyeva Samirə Məhəmməd qızı xəstəxanaya qəbul edilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də Trend-ə açıqlamasında faktı təstiqləyib. Bildirib ki, təmsil etdiyi qurum hadisə barədə araşdırmalara başlayıb.

Paytaxtın Sabunçu rayonunda iki avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 163 və 217 nömrəli avtobuslar toqquşub.

Hadisə yerinə bir neçə təcili tibbi yardım briqadası cəlb edilib.

Ən azı beş nəfərin yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 
Geri dön