Ana Sayfa > Karusel / Gündəm / Maraqlı / M2 / Xəbəraz TV > Bu uşaq hamını təəccübləndirir - 10 yaşlı “canlı naviqator” - VİDEO - FOTO

Bu uşaq hamını təəccübləndirir - 10 yaşlı “canlı naviqator” - VİDEO - FOTO


4-10-2018, 13:00. Yazar: Xeberaz

İstər yerli, istərsə də xarici mətbuatda azyaşlıların müxtəlif bacarıqları ilə bağlı yayımlanan videolar insanlarda xüsusi heyranlıq doğurur. Kimisi çətin riyazi əməlləri şifahi edir, kimisi müxtəlif dillərdə səlis danışır, kimisi isə coğrafi bilikləri ilə hamını heyrətə salır.

"Xəbəraz.az " xəbər verir ki, qafqazinfo-nun qonağı 10 yaşlı İlham İskəndərovu görənlər onu canlı naviqator adlandırır. Belə ki, o, Bakı və Bakıətrafı fəaliyyət göstərən bütün marşrut xətlərini əzbər bilir. Evi şəhərin mərkəzində olsa da, bəlkə də heç vaxt getmədiyi paytaxt kəndlərinə işləyən marşrut yollarını da ondan yaxşı bilən olmaz.  

Babası Məmmədağa Yusubovun sözlərinə görə, bu maraq İlhamda 3 yaşından yaranıb:

"Heç 4 yaşı olmazdı. Dayanacaqda avtobus gözləyirdik. Bir sərnişin bizdən Zabrata necə gedə biləcəyini soruşdu. Biz bilmədik. Bu arada nəvəm dedi ki, filan dayanacaqdan 172-yə minib gedə bilər. Hamımız bir-birimizə baxdıq".

Elə İlhamın özü də bu bacarığının yaranmasında səbəbkar kimi babasını görür:


"Yay tətilində babamla şəhəri gəzməyi çox sevirdim. Demək olar ki, məni hər yerə aparırdı. Gəzməyi sevdiyim üçün də istədim marşrutları yaxşı bilim. Bir müddət sonra harda avtobus görürdümsə, getdiyi xətləri əzbərləməyə çalışırdım".

Dərslərində uğurlu olan İlham seçəcəyi peşə ilə bağlı bir qədər qərarsızdır. Diplomat və ya həkim-pediatr ola biləcəyini deyir. Coğrafiya və biologiyaya, xüsusilə də insan DNT-sinə marağı böyükdür. Boş vaxtlarında isə şahmatla məşğul olur, bu sahədə dərəcəsi də var".

Son olaraq onu da qeyd edək ki, 10 yaşlı İlham Bakı Nəqliyyat Agentliyinə yol infrastrukturu ilə bağlı öz təkliflərini də verib.



Geri dön