Ana Sayfa > Karusel / M2 / Texnologiya > Azərbaycanda sosial şəbəkələr qanunla tənzimlənəсək - Niyə?

Azərbaycanda sosial şəbəkələr qanunla tənzimlənəсək - Niyə?


3-10-2018, 07:58. Yazar: Xeberaz


Bu nədir - nəzarətin gücləndirilməsi, yoxsa hüquq və azadlıqların qorunması?

Oktyabrın 1-də parlamentin payız sessiyasının ilk iclasında internetdə sosial şəbəkələrin tənzimlənməsi və bununla bağlı qanun layihəsinin hazırlanmasına dair məsələ də müzakirə edilib. Bəzi deputatlar çıxışlarında sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsini tələb edir. Parlamentdə qeyd edilib ki, artıq "Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında" yeni qanun layihəsi də hazırlanır. 

Yayılan məlumatlara görə, ilkin variantda 1 fəsil və 9 maddədən ibarət olan layihədə sosial şəbəkələrdən istifadə, informasiya yayımı və s. məsələlərlə bağlı hüquqi tənzimlənmələr əksini tapıb. Qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisin komitələrində müzakirəyə çıxarılması gözlənilir.

Belə bir qanunun qəbul edilməsinin hansı ehtiyacdan yarandığını  şərh edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi analitik Elçin Mirzəbəyli bildirib ki, burada söhbət heç də bəzilərinin dediyi kimi, sosial şəbəkələrə dövlət nəzarətinin gücləndirilməsindən getmir. Əksinə, məqsəd sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının qorunmasıdır:


"Milli Məclsidə informasiya təhlükəsizliyi ilə bağlı irəli sürülən qanunvericilik təşəbbüslərinə "sosial şəbəkələrə nəzarətin gücləndirilməsi" kontekstindən yanaşmaq doğru deyil: "Həyatın bütün sahələrində olduğu kimi, sosial şəbəkələr də hüquqi tənzimləmələrdən, qanunlardan kənarda qala bilməz.

Hüquq və qanunların işləmədiyi istənilən məkan təhlükəlidir. Sosial şəbəkələrdə hökm sürən xaosun, şəxsi həyata müdaxilənin, terrorizmə, separatizmə, insanlıq əleyhinə cinayətlərə çağırışların, narkomaniyanın, əxlaqsızlığın təbliğinin qarşısı alınmalıdır. Burada söhbət təkcə dövlətin informasiya təhlükəsizliyindən getmir, bu ilk növbədə vətəndaş hüquqlarının qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir".

E.Mirzəbəyli hesab edir ki, belə bir zərurət olmasaydı, bu məsələ heç gündəmə də gətirilməzdi: "Uzun illərdir sosial şəbəkələrin vətəndaşların və dövlətin informasiya təhlükəsizliyinə yaratdığı təhdidlərlə bağlı müzakirələr aparılır. Sosial şəbəkələrdə insanların şəxsi həyatına müdaxilə, onların şantaj edilməsi ilə bağlı çoxsaylı cinayət işləri var. Gəncə hadisələri də xaricdən idarə olunan radikal qrupların öz çirkin niyyətləri üçün məhz sosial şəbəkələrdən istifadə etdiklərini bir daha üzə çıxardı. Bu baxımdan sosial şəbəkələrlə bağlı hüquqi tənzimləmələrin qanunvericilik orqanının gündəminə gətrilməsi ilk növbədə sosial sifarişdir".


Geri dön