Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə / Məşhurların Taleyi > Xərçəngdən əziyyət çəkən "Toppuş bacı" kömək üçün müraciət etdi - VİDEO

Xərçəngdən əziyyət çəkən "Toppuş bacı" kömək üçün müraciət etdi - VİDEO


19-09-2018, 16:55. Yazar: Xeberaz

Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva kömək üçün imkanlı şəxslərə müraciət edib.
"Xəbəraz.az " bildirir ki, aktrisanın ayağından 38 limfa vəzisi götürüldüyü üçün o, işləmə qabiliyyətini itirib:
"İpoteka ilə ev götürmüşəm. 2 ilini ödəmişəm, 18 ilim qalıb. Mən də bir il işləyə bilməyəcəm. Böyük bir yükün altına girirəm. Ayağımdan 38 limfa vəzisi götürülüb, 37-sindən heç nə çıxmadı, amma birində bədxassəli şiş var. Ximiyalarımı alaram. İnşaAllah yaxşı olar. Müayinələrim davam edir".
"Toppuş bacı"ya ilk yardım əlini şairə Nazilə Səfərli uzadıb. O, aktrisaya bildirib ki, bundan sonra getdiyi bütün xınayaxdı mərasimlərinə onu da özü ilə aparacaq və beləliklə sənətçi çörək pulu qazanmış olacaq.
Geri dön