Ana Sayfa > Karusel / Dünya / Maraqlı / M2 > 62 yaşlı qadını banana iynə salarkən yaxaladılar

62 yaşlı qadını banana iynə salarkən yaxaladılar


17-09-2018, 13:45. Yazar: Xeberaz



Avstraliyada içərisində iynə olan çiyələklər aşkar edilib.
"Xəbəraz.az "xəbər verir ki, bundan sonra Kuinslend ştatında mağazalarda çiyələklər satışdan yığışdırılıb.
Qeyd olunur ki, azı 10 çiyələyin içərisindən iynə çıxarılıb.
Yerli polis bu hadisənin çiyələk sənayesinə qarşı təxribat olduğunu bildirir. Artıq Yeni Zelandiya Avstraliyadan çiyələk idxalını dayandırdığını elan edib.
Hazırda Kuinslend polisi bu təxribatın bir nəfər və ya daha çox şəxs tərəfindən həyata keçirildiyini araşdırır.
Bundan başqa, bu gün mağazaların birində 62 yaşlı qadın bananın içərisinə iynə salarkən saxlanılıb. Həmin qadının əqli cəhətdən qüsurlu olduğu və çiyələk xəbərlərinin təsiri altında bu hərəkəti etdiyi bildirilir.
Geri dön