Ana Sayfa > Karusel / Maraqlı > Sadəcə bir məhsulla dişləriniz AĞAPPAQ olacaq - QARIŞIM

Sadəcə bir məhsulla dişləriniz AĞAPPAQ olacaq - QARIŞIM


17-08-2018, 17:34. Yazar: Xeberaz

Sadəcə bir məhsulla dişləriniz AĞAPPAQ olacaq -
 



İnsan orqanizmində daim qulluq tələb edən üzvlərdən biri də dişlərdir. Hazır qidaların qəbulu, çay və qəhvə, keyfiyyətsiz su içilməsi dişlərin bəzən sıradan çıxmasına səbəb olur.
Dişlərdə əmələ gələn problemlərdən biri ləkələrdir. Ləkələr təmizlənmədikdə həm görüntü, həm də sağlamlıq baxımından problemlər yaradır. Bu problemlərin başında infeksiya və diş iltihabı gəlir.
Qoz qabığı qarışığı ilə bu problemdən xilas olacaq, sağlam gülüş əldə edəcəksiniz.
Qarışığı hazırlamaq üçün 40 qram qoz qabığı və 250 millilitr su lazımdır. Qoz qabığını 25 dəqiqə qaynadın. Qaynatdıqdan sonra suyun soyumasını gözləyin. Diş fırçasını hazırladığınız suya batırıb 10 dəqiqə saxlayın. Daha sonra dişlərinizi fırça ilə 3 dəqiqə fırçalayın. Bu müddətdə fırçanı aradabir suya batırıb fırçalamağa davam edin.
Qarışığı gündə 3 dəfə təzə qoz suyundan istifadə edərək tətbiq etməlisiniz.

Geri dön