Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Fotogalereya > İmişlidə dəhşətli qəza: 1 ölü, 8 yaralı

İmişlidə dəhşətli qəza: 1 ölü, 8 yaralı


25-06-2018, 15:43. Yazar: Xeberaz



İmişli rayonunda baş vermiş yol qəzası ilə bağlı bəzi təfərrütalar məlum olub.
APA-nın məlumatına görə, bu gün İmişli şəhəri A. Şadlınski küçəsində Sarıxanlı kənd sakini, 1970-ci il təvəllüdlü Əsədov Babək Behbud oğlu idarə etdiyi 90 BB 693 dövlət nömrə nişanlı, VAZ-2107 markalı avtomobillə Şahverdili kənd sakini, 1995-ci il təvəllüdlü Əmirov Elton Məmmədağa oğlunun idarə etdiyi “Mersedes” markalı, 90 SG 519 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə VAZ-2107 markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, sərnişinlər - Sarıxanlı kənd sakinləri, 2007-ci il təvəllüdlü Əsədov Rəşad Babək oğlu, 1959-cu il təvəllüdlü Babayev Pencalı Feyruz oğlu, 1990-cı il təvəllüdlü Babayeva Leyla Pencalı qızı, 1963-cü il təvəllüdlü Babayeva Minarə Behbud qızı, 1995-ci il təvəllüdlü Fərzalızadə Coşqun Mahir oğlu, “Mersedes” markalı avtomobilin sürücüsü və sərnişinləri - Məmmədli kənd sakini, 2011-ci il təvəllüdlü Rəhimli Yusif Zahid oğlu, sərnişini, 1988-ci il təvəllüdlü Əhmədov Nail Mail oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Geri dön