Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır

Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır


25-06-2018, 09:53. Yazar: Xeberaz



Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə, həmçinin Ziya Bünyadov prospetinin Böyük Şor yol qovşağı ilə kəsişən hissəsində üfüqi nişanmanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, rənglənmə işləri axşam saatlarına qədər davam etdiriləcək.
Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Geri dön