Ana Sayfa > Karusel / Gündəm / İdman > DÜNYA ÇEMPİONATI:Bu gün 3 qarşılaşma keçiriləcək

DÜNYA ÇEMPİONATI:Bu gün 3 qarşılaşma keçiriləcək


18-06-2018, 12:51. Yazar: Xeberaz

İngiltərə, İsveç və Belçika mübarizəyə qoşulur - YENİLƏNİR

Bu gün DÇ-2018 çərçivəsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Rusiyadakı mundialın 5-ci günündə 3 qarşılaşma baş tutacaq.
F qrupunda ilk tura yekun vurulacaq. Almaniya və Meksikanın qrupunda yer alan İsveçlə Cənubi Koreya üz-üzə gələcək.
G qrupunda isə mübarizəyə start veriləcək. Öncə meydana Belçika və Panama yığmaları çıxacaq.
Günün son qarşılaşmasında isə futbolun yaradıcıları mundial həyəcanına başlayacaq. İngiltərənin rəqibi Tunis olacaq.
 
DÇ-2018
I tur
18 iyun
F qrupu
16:00. İsveç – Cənubi Koreya
Hakimlər: Xoel Aqilar, Xuan Zumba (hər ikisi Salvador), Xuan Karlos Mora (Kosta-Rika), Norbert Xauata (Taiti)
Nijni Novqorod. Şəhər stadionu
 
G qrupu
19:00. Belçika – Panama
Hakimlər: Canni Sikazu (Zambiya), Jerson dos Santos (Anqola), Zaxele Sivela (CAR), Ryudzi Sato (Yaponiya)
Soçi. “Fişt” stadionu
 
22:00. Tunis – İngiltərə
Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika)
Volqoqrad. “Volqoqrad Arena”

Geri dön