Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Hacıqabulda qəza: ata öldü, 6 yaşlı oğlu xəstəxanadadır
Hacıqabulda qəza: ata öldü, 6 yaşlı oğlu xəstəxanadadır18-06-2018, 12:33. Yazar: Xeberaz |
Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var. Qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb. “Tofaş” markalı "10 CC 011" dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü - Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Geri dön |