Ana Sayfa > Karusel / Məşhurların Taleyi > Müğənni Yaşar həbsə düşməmək üçün maşınlarını satıb - ŞOK AÇIQLAMA

Müğənni Yaşar həbsə düşməmək üçün maşınlarını satıb - ŞOK AÇIQLAMA


13-06-2018, 15:31. Yazar: Xeberaz

ARB Ulduz-un "Virtual həyat" verilişinin qonağı olan müğənni Yaşar Cəlilov maraqlı açıqlamalar verib.
Müğənni, ilk olaraq, avtomobil biznesi haqda hələ heç kimin bilmədiyi məqamlara aydınlıq gətirib:

"Mən avtomobil biznesində kifayət qədər pul itirmişəm. Mənim 2008-2010-cu illər arasında avtosalonum olub. Nəyə görə? Çünki özüm avtomobil həvəskarı olmuşam, gətirdiyim maşını özüm sürmüşəm. Sonra da gətirdiyim qiymətə də satmaq məcburiyyətində qalmışam. Şərikim var idi o vaxtlar. Həmin şərik də mənə "atıb" getdi. İndiyə qədər də onu tapa bilmirəm. Həmin adam tək mənə deyil, başqa adamlara qarşı da fırıldaqlıq etmişdi. Hər kəs onu axtarırdı. Soruşurdular ki, nə edək? Deyirdim ki, həmin adamın nə qədər borcu var? Cavab verirdi ki, 30 min. Deyirdim ki, bu avtomobilin qiyməti 30 mindir və elə həmin adamındır. İstəyirsən, götür apar. Bu minvalla sıra mənim maşınlarıma da gəlib çatdı. Dəmir barmaqlıqlar arasına getməmək üçün avtomobilləri bir-bir verdim".

Yaşar bəzi həmkarlarına atmaca və ismarışlar göndərdi:

"Mənim vaxtında sürüdüyüm maşınları bir çox müğənni, onsuz da, sürəsi deyil. Söhbət gənc oğlanın öz alın təri ilə qazanıb sürdüyü avtomobildən gedir ha. Ona-buna "ataraq" yox, onun-bunun torbasını tikərək yox, onun-bunun toyunu əlindən alaraq, gedib onun yerinə toyda oxumaqla yox, öz halal zəhmətimlə əldə etdiyim avtomobillərdən söhbət gedir".

Yaşar Cəlilovla olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.
Geri dön