Ana Sayfa > Karusel / Gündəm / İdman > “Real Madrid”in baş məşqçisinin adı açıqlanıb

“Real Madrid”in baş məşqçisinin adı açıqlanıb


12-06-2018, 21:48. Yazar: Xeberaz

Madridin “Real” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.
Klubun saytının yaydığı məlumata görə, Madrid təmsilçisini İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi çalışdıracaq. 52 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. 

İspaniyalı çalışdırcı dünya çempionatından sonra “Real”da işinə başlayacaq. O, bu vəzifədə Zinəddin Zidanı əvəzləyəcək.

Qeyd edək ki,  Xulen Lopeteqi 2016-cı ildən İspaniya millisini çalışdırır. O, ötən ay milli ilə yeni 2 illik müqavilə imzalayıb.


Geri dön