Ana Sayfa > Karusel / Hadisə > Xəzərdə tapılan meyitlərlə bağlı təfərrüat - "Qayığa bağlıydılar"

Xəzərdə tapılan meyitlərlə bağlı təfərrüat - "Qayığa bağlıydılar"


25-05-2018, 18:35. Yazar: Xeberaz



Xəzərdə itkin düşən idmançıların ölümü ilə bağlı təfərrüatlar üzə çıxıb.
Meyitləri tapılan şəxslər 17 yaşlı Nüsrət Nəzərzadə və 15 yaşlı Aqil Təbirli aprelin 18-də dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar. Ancaq bir daha geri qayıtmayıblar.
Xeberaz.az xəbər verir ki, ailələrinin verdiyi informasiyadan sonra itkin düşən idmançıların axtarışına başlanılıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən axtarışlar aparılıb. 23 apreldən isə FHN Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri də əməliyyatlara cəlb olunub.
Axtarışların aparıldığını dəfələrlə bəyan etsələr də nəticə verməyib. Ancaq Xəzərdə itkin düşən idmançıların cansız bədənləri rezin qayıqda "Neft Daşları" yaxınlığında taplıb. Əslində buna tapılmaq da yox, qayıq öz ayağı ilə gəlib deyilsə, daha yaxşı olar.
Yaxınlarından əldə etdiyimiz informasiyaya görə, onlar özlərini qayığa bağlayıblar ki, külək zamanı suya düşüb boğulmasınlar. Tapılanda da idmançıların meyiti qayığın içində olub.  İlkin versiyaya görə idmançılar acından və susuzluqdan ölüblər.
Geri dön