Ana Sayfa > Karusel / Hadisə > Sumqayıtda bədbəxt hadisə: usta dördüncü mərtəbədən yıxılaraq ÖLDÜ

Sumqayıtda bədbəxt hadisə: usta dördüncü mərtəbədən yıxılaraq ÖLDÜ


16-05-2018, 19:52. Yazar: Xeberaz



Sumqayıt şəhərində 55 yaşlı kişi dördüncü mərtəbədən yıxılaraq ölüb.
Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Mübariz Tapdıq oğlu Hüseynov 9-cu mikrorayon ərazisindəki yaşayış binasındakı mənzillərdən birində peyk antenası quraşdırarkən ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Meyit Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib. 
Faktla bağlı araşdırma aparılır
(report)
Geri dön