Ana Sayfa > Karusel / İdman > Neymar satılmır – PSJ söz verdi

Neymar satılmır – PSJ söz verdi


16-05-2018, 11:31. Yazar: Xeberaz

PSJ-nin yeni baş məşqçisi Tomas Tuxel bazar günü Parisdə zədə sonrası bərpa prosesini tamamlamaq üzrə olan Neymarla bir araya gəlib. İkili görüş zamanı klubun gələcəyinə dair planları müzakirə ediblər.
 
Apasport.az saytının “Süddeutsche Zeitung”a istinadən məlumatına görə, PSJ rəhbərliyi Neymarın satılmayacağına dair Tomas Tuxelə söz verib. Braziliyalı futbolçunun alman mütəxəssis üçün böyük önəm daşıdığı və bu səbəbdən, klubdan onun transferə çıxarılmayacağına dair zəmanət istədiyi bildirilir.
 
Qeyd edək ki, Parisə səfərini tamamlayan Tuxel fransız dili üzrə ikinci intensiv kursu tamamlamaq üçün Belçikaya yollanıb.


Geri dön