Ana Sayfa > Karusel / Gündəm / Texnologiya > Silinmiş foto və videoları təkrar yükləmək mümkün olacaq - "WHATSAPP"DAN YENİ FUNKSİYA

Silinmiş foto və videoları təkrar yükləmək mümkün olacaq - "WHATSAPP"DAN YENİ FUNKSİYA


16-04-2018, 15:53. Yazar: Xeberaz


"WhatsApp" messencerinin tərtibatçıları əlavənin "Android" cihazlarındakı beta-versiyasına yeni funksiya əlavə edib.
 
Yeni funksiya silinmiş istənilən foto və videoları təkrar yükləmək imkanı verir.
 
Hazırda silinmiş foto və videoları 30 gündən sonra bərpa etmək mümkün deyil. "WhatsApp"dan yüklənən şəkil və videolar avtomatik olaraq xüsusi qovluğa yüklənilir. Bundan sonra istifadəçi pozmuş olsa belə, messencer onları öz serverlərində saxlayacaq.
 
"WhatsApp" bildirir ki, istifadəçilərin məlumat və yazışmalarını izləmir, onları üçüncü şəxsə də vermir.



Geri dön