Ana Sayfa > Karusel / Hadisə > Qadın bıçaqla aptekə hücum edib pul apardı

Qadın bıçaqla aptekə hücum edib pul apardı


12-03-2018, 12:11. Yazar: Xeberaz

Bakıda quldurluq etmiş qadın tutulub. Martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gəlmiş naməlum şəxs orada işləyən qəsəbə sakini X.Nəcəfovanı bıçaqla hədələyib kassadan 165 manat aparıb.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aygün Əliyeva saxlanılıb.
 
Araşdırma aparılır.
Geri dön