Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - 19 məktəbli yaralandı

Azərbaycanda şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - 19 məktəbli yaralandı


11-03-2018, 17:17. Yazar: Xeberaz
Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.
Onlar 2003-cüil təvəllüdlü şagirdlərdir.
Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.
Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir. 


***

Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Report"un Şirvan bürosunun məlumatına görə, şagirdləri daşıyan "Vito" markalı mikroavtobus Yevlax şəhərində, Toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.
Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. 
Qeyd edək ki, şagirdlər Yevlağın Aran-1 qəsəbəsi sakinləridir.
Faktla bağlı araşdırma aparılır.
Geri dön