Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Nadir Qafarzadənin yeni duet ortağı - VİDEO

Nadir Qafarzadənin yeni duet ortağı - VİDEO


6-03-2018, 15:51. Yazar: Xeberaz

Müğənni Nadir Qafarzadənin yeni duet ortağı məlum olub. Xəbəraz.Az-a açıqlama verən N.Qafarzadə bildirib ki, həmkarı Çinarə Məlizadə ilə birgə “Ninnə yar” adlı mahnını oxuyub: “Bu günə qədər bir çox müğənnilərlə duetim olub. Çinarə ilə duet oxumağı özüm istədim. Çünki səsini bəyəndim, dedim ki, bəlkə birgə nəsə edək? O da bu istəyə qarşı çıxmadı. İfa etdiyimiz bu mahnını bir çox müğənnilər oxuyub. Amma biz istədik ki, fərqli oxuyaq. Bir sözlə mahnıya əlavələrimiz olub. Gələcəkdə bu mahnıya klip çəkdirməyi də düşünürük”.

Geri dön