Ana Sayfa > Karusel / Hadisə > 3 ay əvvəl itkin düşən qadın tapıldı

3 ay əvvəl itkin düşən qadın tapıldı


24-02-2018, 19:20. Yazar: Xeberaz

Qusar rayonunda 3 ay əvvəl itkin düşən qadın tapılıb. 

Rayonun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib.Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mehdiyeva Abşeron rayonunun Xırdalan şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib.(report)
Geri dön