Ana Sayfa > Karusel / Gündəm > “Sovetski”də daha 2010 yaşayış və qeyri-yaşayış obyekti söküləcək

“Sovetski”də daha 2010 yaşayış və qeyri-yaşayış obyekti söküləcək


13-02-2018, 12:30. Yazar: Xeberaz


2018-ci ildə həyata keçiriləcək növbəti mərhələdə “Sovetski”də 2010 yaşayış və qeyri-yaşayış obyektinin satınalınması, onların sökülərək ərazinin təmizlənməsi qarşıya qoyulmuş başlıca vəzifələrdən biridir.
Bunu Yasamal Rayon İcra Hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantıda çıxış edən İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib.
Onun sözlərinə görə, artıq bu məqsədlə vəsait ayrılmış, qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdiilməsi məqsədilə tenderlər keçirilib. Yaxın günlərdə ərazidə köçürmə tədbirlərinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin yeni qərarı gözlənilir.


Geri dön