Ana Sayfa > Karusel / Səhiyyə > Ötən ay nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS aşkarlanıb

Ötən ay nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS aşkarlanıb


5-02-2018, 19:16. Yazar: Xeberaz


Bu ilin yanvar ayında nikaha daxil olmaq istəyən 9 396 nəfər tibbi müayinədən keçib. 

Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 290 nəfərində talassemiya daşıyıcılığı, 16 nəfərdə sifilis, 11 nəfərdə isə QİÇS aşkarlanıb.
 
Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub.
 
Direktor qeyd edib ki, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 31 yanvar 2018-ci ilə kimi müayinədən 373 680 nəfər keçib: “İndiyə qədər tibbi müayinədən keçmiş 14 364 nəfərdə talassemiya daşıyıcılığı, 1349 nəfərdə sifilis, 293 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 131 olub”.



Geri dön