Ana Sayfa > Karusel / Səhiyyə > Qəbizlikdən xilas edən DADLI KOKTEYL. Resept

Qəbizlikdən xilas edən DADLI KOKTEYL. Resept


2-02-2018, 14:59. Yazar: Xeberaz

Bağırsaqların normal fəaliyyəti insanın sağlamlığı və yaxşı əhval-ruhiyyəsi üçün ən vacib amillərdən biridir.
Təəssüf ki, müasir insanların bir çoxu qəbizlikdən əziyyət çəkir.   
Qəbizlik möhkəm ağrı, hərarətin yüksəlməsi, nəcisdə qan, çoxlu selik və s. kimi xoşagəlməz simptomlarla müşayiət olunursa, mütləq həkimə müraciət edin. Lakin əksər hallarda qəbizlik heç bir xəstəliyin simptomu deyil. Belə qəbizliyə funksional qəbizlik deyilir.
Qəbizlikdən əziyyət çəkirsinizsə, dərhal dərmanlara üz tutmayın, əvvəl təbii vasitələrdən istifadə etməyə çalışın.
Qəbizlikdən əziyyət çəkənlərə çox dadlı və faydalı kokteyl reseptini təqdim edirik.
Tərkib:
- 1 stəkan təzə kefir
- 5-6 qara gavalı
- 1 x.q. buğda kəpəyi
- 1 çimdik üyüdülmüş zəncəfil
- 1 çimdik üyüdülmüş darçın
Hazırlanması:
Qara gavalını yaxşı yuyun, üzərinə qaynar su tökün, bir az saxlayın. Sonra bütün inqrediyentləri blenderin qabına tökün, yaxşı qarışdırın və dərhal için.
Bu kokteyli hər gün içmək lazımdır. Az bir müddətdən sonra faydasını görəcəksiniz.
(saglamolun.az)
Geri dön