Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / M2 / Foto-fakt / Ekskluziv > Bəstəkar Sevinc Tofiqqızının ad günü olub.

Bəstəkar Sevinc Tofiqqızının ad günü olub.


31-01-2018, 15:34. Yazar: Xeberaz




Bəstəkar Sevinc Tofiqqızının ad günü olub.

"Xəbəraz.az"-ın məlumatına görə, bəstəkar özəl gününü “Ümid yeri” uşaq evinin sakinləri ilə birlikdə qeyd edib.
S.Tofiqqızı eyni zamanda kimsəsiz uşaqlara hədiyyələr aparıb, ad günü tortunu onlarla birlikdə kəsib. Bəstəkarın ad günündə Qarabağ qaziləri Anar Məmmədov, Ülfət Həsənov, Natiq Mehdiyev, “Azəri inciləri” vokal qrupu, müğənni Aslan Hüseynov və başqaları iştirak ediblər.
A.Hüseynov tədbirdə mahnılar səsləndirib.
“Çox xoşbəxtəm, ad günümü gül balalarla qeyd etdim. Onları sevindirmək böyük işdir. Hər bir uşaq bir mələkdir. Tədbirdə iştirak edən hər kəsə təşəkkürümü bildirirəm” deyə, bəstəkar bildirib.
Foto: İlqam CƏBİYEV



Geri dön