Ana Sayfa > Karusel / Gündəm > Telman İsmayılova daha bir zərbə

Telman İsmayılova daha bir zərbə


21-01-2018, 14:39. Yazar: Xeberaz


Moskva Arbitraj Məhkəməsi Rusiya reyestr xidmətinə əvvəllər Telman İsmayılovun AST şirkətlər qrupuna daxil olan “Tropikano” biznes-klubuna məxsus bina ilə bağlı hər hansı qeydiyyat işlərinin aparılmasını qadağan edib.
Bu barədə RİA Novosti nəşri yazır.
Məhkəmə Telman İsmayılovun şirkətinin müflis olması ilə əlaqədar “Tropikano” biznes-klubunun meneceri Yevgeni Pimenovun müvafiq ərizəsini təmin edib. Bundan əlavə “Yeni idarəetmə texnologiyaları” səhmdar cəmiyyətinə sahəsi 6 min kvadrat metrdən artıq olan biznes-mərkəzin binası üzrə istənilən hərəkəti qadağan olunub.
“Tropikano” biznes klubunun müflisləşməsinin təşəbbüskarı VTB qrupuna daxil olan “BM-Bank”dır. Şirkət sentyabr ayında müflis elan olunub. Borclunun bank qarşısında 19,2 milyard rublluq öhdəliyi var ki, bunun da 10,5 milyard rublu əsas borc məbləğidir.
Xatırladaq ki, “AST” şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısa daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı iddialarla rastlaşıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.
Geri dön