Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda məktəb direktoru vəfat etdi - FOTO

Bakıda məktəb direktoru vəfat etdi - FOTO


14-12-2017, 14:32. Yazar: Xeberaz
Bakıda məktəb direktoru vəfat etdi
Bakı şəhəri, Sabunçu rayonu 108 nömrəli tam orta məktəbin direktoru Narınc Mehdiyeva dünyasını dəyişib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, N.Mehtiyeva 17.03.1959-cu ildə Bakı şəhəri Maştağa qəsəbəsində anadan olub.1981-ci ildə AzərbaycaN Pedaqoji Xarici Dillər universitetini bitirib.
Təyinatla1984-cü ilə qədər Xaçmaz rayonu Fərzəlioba kənd 8 illik məktəbində xarici dil müəllimi işləyib. 1985-1992-ci illərdə Sabunçu rayonu 142 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsində, 1993-cü ildən Sabunçu rayonu 108 nömrəli tam orta məktəbdə müəllim kimi çalışıb. 2006-cı ilin dekabr ayından həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2007-ci ildən isə direktor kimi fəaliyyət göstərib.
Allah rəhmət eləsin.



Geri dön