Ana Sayfa > Karusel / Şou-Biznes > Təranə Qumraldan efirdə Nazəninə SƏRT İSMARIC: Məni həbs etsələr də...
Təranə Qumraldan efirdə Nazəninə SƏRT İSMARIC: Məni həbs etsələr də...14-12-2017, 14:16. Yazar: Xeberaz |
Bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı olan Təranə Qumral-Musa Musayev cütlüyü Nazənin davası ilə bağlı ilginc açıqlama ilə yadda qalıblar. Məhkəmənin qərarına hörmətim var. Amma mən nə demişəmsə, düz demişəm. Sözümün üstündə varam. Məni assalar da, mən dədəmin qızıyam. Mənim dədəm kişi olub. Məni assalar da, kəssələr də, məni həbs etsələr də, məni ölkədən kənara buraxmasalar da... Qanun budursa, bunu kəsiblər mənə. Mən iki əlli razıyam. Amma mən üzr istəməyəcəm. Mən həqiqəti demişəm. Nə olsun ki, ona bunu sübut edə bilməyiblər. Oturaram lap adını da sayaram, amma lazım deyil". Musa Musayev bu məqamda "Olar mən də müdaxilə edim?" sözləri ilə söhbətə qoşulub: "Nəsə yalnış hərəkət etsəm, mən də üzr istəyərəm. Ancaq mən səni söyürəm, sən də məni söyürsən. Bir-birimizi təhqir edirik. İş burasındadır ki, məni məcbur edirlər ki, səndən üzr istəyim. Axı eyni təhqiri sən də mənə etmisən. Nəyə görə mən səndən üzr istəməliyəm, sən yox? Qeyd edək ki, T.Qumralla Nazənin arasında qalmaqal "ANS"in "Bazar səhəri" verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək Təranə Qumrala "Səni ərimlə tutdum" demişdi. T.Qumral isə, öz növbəsində, Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi. Və Nazənin məhkəmə qərarı ilə həyat yoldaşının müğənni Təranə Qumralla yatdığını sübut etmişdi. Geri dön |