Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Əlavə pul qazanmaq istəyən müəllimlərə — ŞAD XƏBƏR

Əlavə pul qazanmaq istəyən müəllimlərə — ŞAD XƏBƏR


13-12-2017, 18:03. Yazar: Xeberaz
Əlavə pul qazanmaq istəyən müəllimlərə
Dövlət İmtahan Mərkəzi ingilis dili fənni üzrə müəllimləri, mütəxəssisləri, magistrləri yazı işlərinin yoxlanılması prosesində marker qismində iştirak etmək üçün dəvət edir.
Mərkəzdən verilən məlumata görə, markerlərin funksiyaları yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi olacaq.
Marker olmaq üçün ümumtəhsil müəssisələrinin ingilis dili müəllimləri, xarici dil müəllimliyi (ingilis dili); dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə), filologiya (ingilis dili və ədəbiyyat), tərcümə (Azərbaycan dili - ingilis dili) ixtisaslarından biri üzrə ən azı bakalavr təhsilinə malik olanlar dekabrın 30-dək müraciət edə bilərlər.
Qeyd edək ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə indiyədək yazı işlərinin yoxlanılması üçün 5000 müəllim arasından təxminən 500 müəllimin seçilərək marker kimi hazırlandığını açıqlayıb.
O qeyd edib ki, ötən il həmin müəllimlərə yazı işlərinin yoxlanılması üçün 380 min manatdan çox əməkhaqqı verilib. Müəllimlər əməkhaqlarını yoxladıqları yazı işlərinə görə alıblar.


Geri dön