Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > Qazaxda faciəvi şəkildə həlak olan 5 bacının tək qardaşı - FOTO
Qazaxda faciəvi şəkildə həlak olan 5 bacının tək qardaşı - FOTO20-11-2017, 12:34. Yazar: Xeberaz |
5 bacıdan sonra doğulmuşdu Allahverdi. 24 yaşı var idi. Bu gün dəhşətli bir qəzanın qurbanı oldu. Xəbəraz.Az pressclub.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Qazax rayonunda baş verib. Qazax şəhəri istiqamətində hərəkət edən "Opel" markalı maşında 3 nəfərdən biri də 1993 təvəllüdlü Abayev Allahverdi Yasin oğlu idi. Sürətli hərəkətdə olan "Opel" markalı minik avtomobili "Volkswagen"lə toqquşub. Maşında, öndə oturan Qazaxbəyli kənd sakini Allahverdi hadisə zamanı həlak olan yeganə şəxs olub. Digərləri isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Qəza nəticəsində yaralanan 5 nəfər bunlardır: Qazaxbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Dünyamalıyev Cavad Zabit oğlu Bağanısayrım kənd sakini, 1993-cü il təvəllüdlü Nəsibov Fərhad Nəsib oğlu Qazaxbəyli kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov İsabala Yaşar oğlu Daş Salahlı kənd sakini, 2000-ci il təvəllüdlü Hüseynov Orxan Məmməd oğlu Daş Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Hüseynov Məmməd Həmid oğlu Həlak olan Allahverdi Abayevin fotosunu təqdim edirik. Əldə etdiyimiz məlumata görə, valideynləri yeganə oğlan övladlarına nişan aparmağa hazırlaşırdılar. Geri dön |