Ana Sayfa > Karusel / Gündəm > Sabah üçün HAVA PROQNOZU

Sabah üçün HAVA PROQNOZU


19-11-2017, 12:09. Yazar: Xeberaz

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 20-də ölkədə gözlənilən hava şəraitini açıqlayıb.Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi  arabir güclənəcək. Havanın temperaturu gecə  10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə  11-13° isti, gündüz  16-18° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764  mm civə sütunundan 759 mm civə sütununa enəcək.  Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 % olacaq.      
 
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, ayrı-ayrı qərb rayonlarında çiskinli yağış yağacağı proqnozlaşdırılır. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti,  gündüz 8-13° isti olacağı gözlənilir.
Geri dön