Ana Sayfa > Karusel / Siyasət / Dünya > Marneulidə güllələnən Çovdarov seçkidə birinci oldu

Marneulidə güllələnən Çovdarov seçkidə birinci oldu


22-10-2017, 17:41. Yazar: Xeberaz
Marneulidə güllələnən Çovdarov seçkidə birinci oldu
Oktyabrın 19-da Marneulidə baş vermiş silahlı insident zamanı yaralanmış hakim "Gürcü Arzusu" Partiyasının Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə majoritar namizədi Ceyhun Çovdarov seçkilərdə səs çoxluğu əldə edib.
Qızılhacılı kəndinin 89 saylı seçki məntəqəsi üzrə səsvermə protokolunda C.Çovdarovun 240 səs əldə edərək birinci yer tutduğu qeyd olunub.
Xatırladaq ki, silahlı insident zamanı C.Çovdarovla yanaşı onu müşayiət edən 4 nəfər də yaralanıb. Xəstəxanada olan C.Çovdarovun vəziyyəti stabildir. Gürcüstan DİN insidentlə bağlı istintaqı davam etdirir.


Geri dön