Ana Sayfa > Karusel / M2 / Araşdırma > Azərbaycanda yaşı 100-ü keçən qadınlar kişilərdən 6 dəfə çoxdur - RƏSMİ

Azərbaycanda yaşı 100-ü keçən qadınlar kişilərdən 6 dəfə çoxdur - RƏSMİ


22-10-2017, 17:36. Yazar: Xeberaz

BMT-nin araşdırmasına əsasən, hazırda dünyada hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. 2050-ci ilin sonunadək hər 5 nəfərdən biri, 2150-ci ilin sonunadək isə hər 3 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxil olacaq. Bu da dünyada yaşlı əhalinin sayının ildən-ilə artdığını göstərir. Həmçinin BMT-nin qiymətləndirmələrinə əsasən, 65 və daha yuxarı yaşda olanlar əhalinin 4%-ni təşkil edirsə, onda əhali “cavan”, əgər bu pay 4-7% arasındadırsa, onda əhali “yaşlaşma ərəfəsində”, bu pay 7% və ondan yuxarıdırsa, onda əhali “yaşlı” hesab edilir. 2025-ci ilədək aparılan proqnozlara görə 60 və yuxarı yaşda olan insanların sayı əhalinin 15%-ni, inkişaf etmiş ölkələrdə isə 30%-ni təşkil edəcək.
 
Azərbaycanda “Sosial xidmət haqqında” Qanuna əsasən yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilir.
 
Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib ki, hazırda ölkə üzrə 70 və yuxarı yaşda olan əhalinin sayı 377. 8 ( 377 800 nəfər) min nəfərdir:
“Onlardan 153.7 min ( 153700 nəfər ) nəfəri kişilər, 224.1 min (224 100 nəfər) nəfərdir. 80 yaş və yuxarı yaşda olan əhalinin sayı, ümumilikdə, 129.4 min (129 400 nəfər) nəfərdir. Onlardan 50, 9 min ( 50 900) nəfəri kişilər, 78, 5 min (78 500 nəfər) nəfəri kişilərdir”.
 
Komitə rəsmisinin sözlərinə görə, Azərbaycanda 90 və yuxarı yaşda olan vətəndaşların sayı 11.7 min (11 700 nəfər) nəfərdir:
“Onlardan 4.1 min (4 100 nəfər) nəfəri kişilər, 7.6 min (7600) nəfəri qadınlardır”.
 
100 və yuxarı yaşda olan əhalinin sayına gəlincə, R.Süleymanov deyib ki, onların 0.7 min (700) nəfərdir:
“100 və yuxarı yaşda olan vətəndaşlardan 0.1 min (100 nəfər) nəfəri kişilər, 0.6 min (600nəfər) nəfəri qadınlardır”.
 
Aparılan son tədqiqatlara görə, uzunömürlülər əsasən, Lerik, Astara və Lənkəran bölgəsində yaşayırlar.
Geri dön