Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycana gələn turistlərinin sayı açıqlandı - Artım var

Azərbaycana gələn turistlərinin sayı açıqlandı - Artım var


12-10-2017, 10:53. Yazar: Xeberaz

“Bu ilin 8 ayında xarici turistlər ölkəmizdə 1 milyard 300 milyon manat xərcləyib. Yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyard 200 milyon manat olub".
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının iclasında deyib.
Nazirin sözlərinə görə, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb. Hesabat dövründə Azərbaycana səfər edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər təşkil edib. Bu ilin ilk yeddi ayında ölkəmizdə xarici turistlərin bank əməliyyatları ötən illə müqayisədə 97 faiz artaraq, 703 milyon manatdan çox olub.
Ə.Qarayev ölkəmizin regionlarında da turizmin inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, yay mövsümündə regionlardakı hotellərdə və mehmanxana tipli obyektlərdə 860 mindən çox yerləşdirmə olub: “Bu ilin 8 ayında isə bu göstərici 1 milyon 294 min nəfərdən artıqdır.
Geri dön