Ana Sayfa > Karusel / Gündəm / Maraqlı / M2 / Foto-fakt > Modelyerin "Sirr-2017" geyim kolleksiyası təqdim edildi

Modelyerin "Sirr-2017" geyim kolleksiyası təqdim edildi


10-10-2017, 20:36. Yazar: Xeberaz


Modelyer Fikrət Əliyev yeni geyim kolleksiyasını təqdim edib.
 
Modelyerin “Sirr-2017” adlı kolleksiyasının fotoları dəniz kənarında çəkilib. F.Əliyev yeni kolleksiyası haqqında danışarkən bunları bildirib:
“Yay mövsümü artıq başa çatıb, dünya modelyerləri yeni payız-qış kolleksiyalarını təqdim etməyə başlayıblar və mən də yeni əl işlərimi fərqli üsulda nümayiş etdirmək istədim. Payız olmasına baxmayaraq mən daha çox rəngli parçalara üstünlük verdim. Bu işimdə payız və qış aylarında xanımlarımızı cansıxıcı geyimlərdən uzaq tutmaya çalışdım. Çünki qadınlarımızın bu aylarda gözoxşayan, cəlbedici geyimlərə üstünlük vermələrini istəyirəm. Onu da bildirim ki, bu il payız-qış aylarında gözoxşayan rənglər trend olacaq”.

Məlumat üçün bildirək ki, Azərbaycanın bir çox məşhurları ilə çalışan modelyer xarici ölkələrdə də öz geyim kolleksiyaların təqdim edib.
Qeyd edək ki, fotoqraf Eko Səfərlinin fotosessiyasında modelər Seymur İlhan, Nuranə Abasova, Səxavət və Şahnaz çəkilib.




Geri dön