Ana Sayfa > Karusel / İdman > DÇ-2018: Son vəsiqələr sahibini tapır - YENİLƏNİR
DÇ-2018: Son vəsiqələr sahibini tapır - YENİLƏNİR10-10-2017, 10:22. Yazar: Xeberaz |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonasında qrup oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, son olaraq A, B və H qrupundakı komandaların taleyinə aydınlıq gələcək. A qrupunda Fransa ilk pilləni əldə edərək mundiala birbaşa yollanmağa çox yaxındı. Bunun üçün Didye Deşamın yetirmələri doğma meydanda Belarusu məğlub etməlidir. İkinci pillənin sahibinin adı da böyük ölçüdə aydındır. Belə ki, Hollandiya – İsveç oyununda “narıncılar” ikinci pilləni əldə etmək üçün 12 cavabsız qolla qələbə qazanmalıdır. Bu isə möcüzə deməkdir. B qrupunda isə lider son oyunda bəlli olacaq. İsveçrə Portuqaliya səfərində uduzmasa, Rusiyaya birbaşa gedəcək. Əks halda isə portuqallar birinciliyi əldə edəcəklər. Qrupun digər oyunları isə formal xarakter daşıyacaq. H qrupunun birincisi artıq məlumdur. İkincilik uğrunda qiyabi mübarizədə isə Yunanıstanla Bosniya və Hersoqovina yarışacaqlar. Birincilər zəif Cəbəllütariqlə matçda qalib gəlsələr, pley-offda oynamağa haqq qazanacaqlar. Bosniya və Hersoqovina isə Estoniyanı yenib möcüzə ümid etməlidir. DÇ-2018-in seçmə mərhələsi Avropa zonası X tur A qrupu 22:45. Hollandiya - İsveç 22:45. Fransa - Belarus 22:45. Lüksemburq – Bolqarıstan
B qrupu 22:45. Portuqaliya - İsveçrə 22:45. Macarıstan - Farer adaları 22:45. Latviya – Andorra
H qrupu 22:45. Yunanıstan - Cəbəllütariq 22:45. Estoniya - Bosniya və Herseqovina 22:45. Belçika - Kipr
Geri dön |