Ana Sayfa > Karusel / Siyasət / Dünya > Türkiyə ABŞ-a cavab verdi - vizalar dayandırıldı

Türkiyə ABŞ-a cavab verdi - vizalar dayandırıldı


9-10-2017, 09:58. Yazar: Xeberaz


Türkiyə rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.
 
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyinin “Tvitter” səhifəsində bildirilir.
 
Ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi səbəb olub.
 
Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib.




Geri dön