Ana Sayfa > Karusel / İqtisadiyyat > Dolların məzənnəsi yüksələcək

Dolların məzənnəsi yüksələcək


7-10-2017, 10:11. Yazar: Xeberaz
Dolların məzənnəsi yüksələcək
ABŞ-da sentyabr ayı üçün kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisi açıqlandıqdan sonra FED-in bu il daha bir dəfə faiz artımına getmə ehtimalı 75 faizi ötüb.
Ehtimal orta saatlıq maaşların proqnozlardan çox artması ilə bağlı olaraq yüksəlib. Əhalinin məşğulluq göstəricisi açıqlamasında orta saatlıq maaşlar proqnozlardan çox artıb. Bundan sonra FED-in bu il daha bir dəfə faiz artımına getmə ehtimalı 75 faizi ötüb.
FED-in Federal Açıq Bazar Komitəsinin 19 sentyabrdakı toplantısında 2017-ci ildə daha bir dəfə faiz artıracağına 50 faiz ətrafında ehtimal verilirdi.
Amma ABŞ-da sentyabr ayı üçün kənd təsərrüfatı istisna olmaqla, əhalinin məşğulluq göstəricisi 2010-cu ildən bəri ilk dəfə azalıb. Məşğulluq "Harvey" və "İrma" qasırğalarının təsirilə sentyabr ayında 33 min nəfər azalıb. Məşğulluğun 80 min artacağı gözlənirdi.
Geri dön