Ana Sayfa > Karusel / İdman > İspaniya DÇ-2018-də, Türkiyə qrupda qaldı - NƏTİCƏLƏR
İspaniya DÇ-2018-də, Türkiyə qrupda qaldı - NƏTİCƏLƏR7-10-2017, 09:45. Yazar: Xeberaz |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində IX turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, D, G və I qrupundakı komandalar mundiala vəsiqə uğrunda mübarizə aparıblar. Serbiya Avstriya səfərində məğlub olaraq liderliyi son tura təxirə salıb. Uels isə Gürcüstan səfərindən 3 xalla dönüb. G qrupu İspaniya və İtaliya arasındakı qiyabi mübarizəyə şahidlik edib. Pirineylilər Albaniyanı 3:0 hesabı ilə məğlub edibsə, appeninlilər Makedoniyanı öz meydanında yenə bilməyib. Azərbaycanlı futbolsevərlərin maraqla izlədiyi Türkiyə yığması da taleyüklü matç keçirib. “Ay-ulduzlular” İslandiyanı qəbul ediblər. 0:3 hesabı ilə darmadağın olan Luçeskunun komandası mundial şansını itirib. DÇ-2018-in seçmə mərhələsi Avropa zonası IX tur, 6 oktyabr D qrupu Gürcüstan – Uels - 0:1 Qol: Laurens, 49 Avstriya – Serbiya - 3:2 Qollar: Burqstaller, 25, Arnautoviç, 76, Şaub, 89 - Milivoyeviç, 11, Matiç, 83 İrlandiya - Moldova - 2:0 Qollar: Mörfi, 2, 19
G qrupu Lixtenşteyn – İsrail - 0:1 Qol: Tibi, 22 İspaniya - Albaniya - 3:0 Qollar: Rodriqo, 19, İsko, 24, Tyaqo, 27 İtaliya – Makedoniya - 1:1 Qollar: Kyellini, 40 - Traxkovski, 77
I qrupu Türkiyə - İslandiya - 0:3 Qollar: Qudmundsson, 32, Byarnason, 39, Arnason, 50 Kosovo – Ukrayna - 0:2 Qollar: Paqarada, 60 (öz qapısına), Yarmolenko, 88 Xorvatiya – Finlandiya - 1:1 Qollar: Mancukiç, 57 - Soiri, 90
Geri dön |