Ana Sayfa > Karusel / İdman / Foto-fakt > “14 nömrə”dən 14 məqamlı vida – yalnız bizdə!

“14 nömrə”dən 14 məqamlı vida – yalnız bizdə!


4-10-2017, 18:04. Yazar: Xeberaz

2018-ci il dünya çempionatının seçmə mərhələsinin sabah keçiriləcək Azərbaycan – Çexiya oyunu yığmamızın futbolçusu Rəşad Sadıqov üçün vida matçı kimi əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi kapitanı olduğu milli komandada son görüşünü keçirəcək.
 
Saytımız müstəqillik illərində Azərbaycanın yetişdirdiyi ən yaxşı futbolçu sayılan “14 nömrə”nin başa çatmaqda olan milli karyerasını vərəqləyib, maraqlı məqamları və statistikaları üzə çıxarıb.
 
Təşəkkürlər, İqor Anatolyeviç
 
“Neftçi”nin əfsanələrindən olan İqor Ponomaryova ölkəmizdə münasibət birmənalı deyil. Onu sevənlər də, bəyənməyənlər də var. Lakin Sadıqovun yığma karyerası məhz onun adı ilə bağlıdı. DÇ-2002-nin seçmə mərhələsinin sonuncu – yığmamız üçün formal xarakter daşıyan İsveçlə səfər oyununda İqor Anatolyeviç iki gəncə debüt şansı verdi. 2001-ci il oktyabrın 7-də Stokholmdakı matçda start heyətində çıxan 19 yaşlı müdafiəçi millinin tarixinə sayca 94-cü futbolçu kimi düşdü. Həmin qarşılaşmada Rəşadla yanaşı, Ramal Hüseynov da millidə debüt etdi. Əksər məşqçilər gənclərə əsasən yoxlama oyunlarında debüt şansı verirsə, Ponomaryov seçmə matçında birdən-birə iki oyunçuya belə imkan yaratdı. Sadıqov isə sonrakı karyerası ilə bu etimadı demək olar ki, artıqlaması ilə doğrultdu. Maraqlıdı ki, İsveç futbolunun əfsanəsi Zlatan İbrahimoviç də məhz həmin qarşılaşmada ilk dəfə yığma forması geyinib.

1-cinin üç “1”i
 
Azərbaycan millisinin tarixinə ən çox oyun keçirən futbolçu kimi düşən Rəşad indiyədək 110 dəfə yığma forması geyinib. Çexiya ilə oktyabrın 5-dəki matç onun üçün 111-ci olacaq. Bununla, milli tarixinin 1-cisi üç dənə “1”i yan-yana qoymuş olacaq. 111-ci qarşılaşma öncəsi onun hesabında 110 matçda 9108 dəqiqə var. Bu qarşılaşmalardan 103-də start heyətində yer alan müdafiəçi 7 dəfə meydana sonradan daxil olub. 5 qol vurub, 4 avtoqola üzülən müdafiəçi 14 sarı və 1 qırmızı vərəqə alıb.
 
16 il
2001-ci ilin payızında başlayan Sadıqovun milli karyerası 16 il sonra yenə oktyabrda son akkordunu yaşayacaq. İsveçlə görüş oktyabrın 7-də baş tutubsa, son matç 16 illikdən 2 gün öncə - ayın 5-də baş tutacaq. Sadıqovun yığma karyerası 5843 gün sürüb.
 
iloyundəqiqəqol (avtoqol)start heyətindəsarı vərəqəqırmızı vərəqəKapitan
200119001100
20021169007500
2003650706200
200410900210102
2005872008104
2006327013003
2007218002002
2008109000101010
2009541105015
201097501 (2)9009
2011981009009
2012649506006
2013859806106
20146482(1)5105
2015758507107
2016431504004
201754051 (1)5005
 11091085 (4)10314177
 

“Neftçi” ilə başladı, “Qarabağ”la bitirdi
 
“14 nömrə” indi “Qarabağ”ın simvoluna çevrilsə də, yığma səviyyəsinə “Neftçi”nin üzvü kimi yüksəlib. Uzun müddət ölkənin bir nömrəli komandasında Bakı klubunu təmsil edən Sadıqov 37 matçda “ağ-qaralar”ın oyunçusu kimi millinin formasını daşıyıb. Yalnız 2009-cu ildə Ağdam klubuna keçən müdafiəçi əyalət təmsilçisinin üzvü kimi 52 milli matçda meydanda olub. 53-cü belə qarşılaşma isə Bakı Olimpiya Stadionunda keçiriləcək. O, həmçinin 4 xarici klubun heyətindən yığmaya çağırılıb. 8 dəfə “Fulad” (İran), 6 dəfə “Kayserispor”, 4 dəfə “Kocaelispor”, 3 dəfə “Əskişəhərspor”u (hamısı Türkiyə) millidə təmsil edən müdafiəçi ümumilikdə 6 klubda oynadığı vaxt yığmaya lazım olub.
 
7+7=14
 
2004-cü il oktyabrın 9-da, 13 il öncə Rəşadın karyerasında daha bir önəmli hadisə baş verib. 22 yaşlı müdafiəçi Şimali İrlandiya ilə DÇ-2006-nın Bakıda keçirilən seçmə oyununda ilk dəfə meydana kapitan sarğısı ilə çıxıb. Düzdü, Tərlan Əhmədovdan sonra yığmanın əsas kapitanı Qurban Qurbanov idi. Lakin onun olmadığı görüşlərdə gənc müdafiəçi kapitanlıq edirdi. Qurbanovun karyerasını bitirməsindən sonra – 2005-ci ildən isə Rəşad yığmanın əsas kapitanına çevrilib. İndiyədək 77 görüşdə komandanı sarğı ilə meydana çıxaran “14 nömrə” bu göstəricidə yığmamızın rekordçusudu.

60-cı
 
Çexiya ilə qarşılaşma Rəşad üçün daha bir yubileylə əlamətdar olacaq. Müdafiəçimiz seçmə mərhələlərdə 60-cı görüşünü keçirəcək. Bu göstəricidə də mütləq rekordçu olan kapitan indiyədək 59 matçda 3 qol vurub, 3 avtoqola üzülüb, 8 sarı vərəqə alıb. O, 47 dəfə seçmə matçlarda kapitan olub.
 
turniriloyundəqiqəqol (avtoqol)start heyətindəsarı vərəqəqırmızı vərəqəKapitan
200219001100
2004756406200
2006981019105
2008218002002
2010654006106
2012109001 (1)100010
2014872008108
201610900(1)102010
201865401 (1)6006
Cəmi 5952443 (3)588047
 3027002 (1)304025
 2925441 (2)284022
 

Ölkə xaricindən zəng
 
Rəşad Sadıqovun sabah məhz 111-ci matçını keçirməsində apasport.az saytının da müəyyən rolu var. Çünki bu rəqəm səhvən 100 də ola bilərdi, 130 da. Söhbət bir neçə il əvvəl yaranan qarışıqlıqdan gedir. Bir sıra xarici saytlar Rəşad Sadıqovla Rəşad Sadiqovun göstəricilərini qarışdırmış, statistikada naşı olanlar isə həmin əcnəbi mənbələrə əsaslanmışdı. Bu da Rəşadın yubiley – 100-cü oyunu ərəfəsində qəliz durum yaratmışdı. 100-cü matçı hərə bir qarşılaşmaya təsadüf edəcəyini iddia edirdi. Hətta UEFA-nın saytı da yanlışlığa yol vermişdi. Lakin nüfuzlu mənbələrlə yazışmalar sayəsində apasport.az bütün xətaların aradan qaldırılmasına nail oldu. Nəticədə UEFA da, AFFA da, digər nüfuzlu mənbələr də məhz saytımızın apardığı düzgün hesablamanı qəbul etdi. Hətta ölkə xaricində toplanışda olan Rəşadın özü redaksiyamıza zəng vuraraq, “mən neçə oyun keçirmişəm, hərə bir rəqəm yazır” deyib, dəqiq cavabı almışdı. Müdafiəçiyə hər şeyi dəqiq izah etməyimizlə də qaranlıq məqamlar aradan qaldırılmışdı. Məhz bu real rəqəmlərlə “14 nömrə” indi 111-ə çatacaq. Yoxsa ki, yanlış mənbələr bu rəqəmi fərqli göstərmiş olacaqdı.
 
Niyə 111?
 
Sadıqovun millidəki oyun sayında Şahin Diniyevin də “xidməti” az deyil. Məşqçi-futbolçu münasibətlərinin yaxşı olmamağı üzündən müdafiəçi uzun müddət yığmadan kənar düşdü. AÇ-2008-in seçmə mərhələsinin ilk oyunundan futbolçunu “qara siyahı”sına salan Diniyev istefa verənədək Rəşadı yığmaya qaytarmadı. Hərçənd, tsikl öncəsi keçirilən yoxlama matçlarında “14 nömrə” şans qazanırdı. Onun yoxluğunda isə milli 16 görüş keçirdi. Sadıqov-Diniyev münasibətlərində kimin haqlı, kimin haqsız olmasını araşdırmadan demək olar ki, bu münaqişə olmasaydı, müdafiəçi indi 111 yox, başqa rəqəmlə millidən gedəcəkdi.
 
Zədələr
 
Lakin kapitanın millidəki oyun sayına təkcə Diniyevin baş məşqçilik dönəmi təsir etməyib. Karyerası ərzində dəfələrlə zədə problemi ilə üzləşən futbolçu bu üzdən də kənarda qalmalı olub. Onun millidəki debütündən indiyə qədər 159 matç keçirən yığmamız 49 dəfə onsuz oynayıb. Bunların 16-sı Diniyev dönəminə təsadüf edibsə, 33-ü zədə və nadir cəzalı durumlarla bağlıdı.

Rəşadın “11-liy”i
 
Adətən baş məşqçilər “11-lik” müəyyənləşdirir. Lakin Sadıqovun öz “11-liy”i var. Söhbət ona millidə şans verən baş məşqçilərdən gedir. Müdafiəçi indiyədək 11 çalışdırıcının rəhbərliyi altında yığmada oynayıb. Legionerlər kapitana daha çox güvənib. Berti Foqts 51, Robert Prosineçki 16, Karlos Alberto Torres 15 dəfə Rəşada şans verib. Vaqif Sadıqov 11, Əsgər Abdullayev 7, Şahin Diniyev 3, Kazbek Tuayev, Qyoko Hacıyevski hərəsi 2, İqor Ponomaryov, həmçinin baş məşqçi əvəzi olan Nazim Süleymanov və Mahmud Qurbanov 1 dəfə Sadıqovu meydana buraxıb.
 
Qollar
 
Sadıqov millinin tarixində ən məhsuldar müdafiəçidi. 5 dəfə rəqib qapılarına yol tapan futbolçu ilk qolunu 2004-cü ildə Qazaxıstanla səfərdəki yoldaşlıq oyununda vurub. Digər 4 topa evdə sevinən “14 nömrə” DÇ-lərin seçmə mərhələlərində Uels və San-Marinonu, AÇ-nin seçmə matçında Türkiyəni məyus edibsə, sonunculara yoxlama matçında da qol vurub. Onun qolları Uels və Türkiyə ilə görüşlərdə 1:1 hesablı bərabərlik, sonuncularla seçmə oyununda 1:0 hesablı qələbə gətirib.

Qaçırılan penalti, qırmızı, avtoqol
 
Uğurları ilə yanaşı, uğursuzluqları da olan kapitan avtoqol sayında antirekordçudu. Lakin təcrübə göstərir ki, avtoqola elə ən yaxşılar imza atır. Sonadək mübarizə aparan, meydanda canını qoyanlar istəmədən tərs toxunuşa üzülür. Hərçənd, həmin epizodda asan qola imkan vermək, topa toxunmamaq da olar. Təkcə yığmamızla görüşdə qapımıza 2, öz qapısına 1 qol vuran Corco Kyellinini xatırlatmaq yetərlidi. Rəşadın avtoqol sayı isə 4-dü. 2010-cu ildə Makedoniya ilə neytral meydandakı yoxlama matçında ilk belə halla üzləşən “14 nömrə” sonradan Almaniya, Xorvatiya və Norveçdə seçmə oyununda belə uğursuzluq yaşayıb. Bəhreynlə yoxlama oyununda qaçırılan penalti, həmçinin yığma karyerasındakı yeganə qırmızı vərəqə də kapitanın zəngin karyerasının azsaylı uğursuz məqamlarındandı.
 
Nəticələr
 
Rəşadın oynadığı matçlarda millinin imza atdığı nəticələr də maraq doğurur. O, komandamızın 20 qələbəsində iştirak edib. 30 dəfə heç-heçə görən futbolçu 60 məğlubiyyətə üzülüb. Bu görüşlərdə millimiz 89, rəqibləri 190 qol vurub.
 
Zəfər və üzüntü
 
Təbii ki, 20 qələbə arasında parlaq qələbə də var, üzücü məğlubiyyət də. Seçmə mərhələlərdəki 8 qələbə daha yaddaqalandı. Türkiyə üzərindəki Bakıda əldə olunan 1:0, həmçinin Şimali İrlandiyanın 2:0, Serbiya və Çernoqoriyanın 2:1 üstələnməsi yaddaqalandı. San-Marinonun 5:1 hesabı ilə darmadağın edilməsi də diqqət çəkir. Polşaya 0:8, İspaniya, İsrail, Ukrayna və Xorvatiyaya 0:6 hesablı yenilgilər isə ən üzücülər sırasındandı.
 

Rəşad Sadıqovun millidəki bütün oyunları
 
tarixturnirrəqibmeydanhesabdəqqolstsvqvk
07.10.2001DÇSOİsveçs0:390 11  
20.02.2002YOBolqarıstans0:330     
27.03.2002YOAlbaniyas0:120     
17.04.2002YOMaltas0:190 11  
03.07.2002YOEstoniyas0:014     
06.07.2002YOLatviyas0:090 11  
08.08.2002YOİran (U 23)s2:262 1   
10.08.2002YOİrans1:190 11  
21.08.2002YOÖzbəkistane2:090 11  
07.09.2002AÇSOİtaliyae0:290 1   
12.10.2002AÇSOFinlandiyas0:324     
20.11.2002AÇSOUelse0:290 11  
12.02.2003AÇSOSerbiya və Çernoqoriyas2:290 11  
11.06.2003AÇSOSerbiya və Çernoqoriyae2:190 1   
06.09.2003AÇSOFinlandiyae1:290 1   
11.10.2003AÇSOİtaliyas0:490 1   
14.12.2003YOBƏƏs3:390 1   
17.12.2003YOOmans0:157 11  
18.02.2004YOİsrails0:690 1   
31.03.2004YOMoldovas1:290 1   
28.04.2004YOQazaxıstans3:29011   
28.05.2004YOÖzbəkistane3:190 1   
06.06.2004YOLatviyas2:290 1   
18.08.2004YOİordaniyas1:190 11  
04.09.2004DÇSOUelse1:19011   
08.09.2004DÇSOAvstriyas0:290 1   
09.10.2004DÇSOŞim İrlandiyae0:090 1  1
13.10.2004DÇSOİngiltərəe0:190 1  1
09.02.2005YOMoldovae0:090 1  1
26.03.2005DÇSOPolşas0:890 1   
30.03.2005DÇSOİngiltərəs0:290 1   
29.05.2005YOİrans1:290 1  1
04.06.2005DÇSOPolşae0:390 1   
17.08.2005YOAlbaniyas1:290 1   
03.09.2005DÇSOŞim İrlandiyas0:290 11 1
12.10.2005DÇSOUelss0:290 1  1
28.02.2006YOUkraynae0:090 1  1
12.04.2006YOTürkiyəe1:1901-pen.1  1
15.08.2006YOUkraynas0:690 1  1
17.11.2007AÇSOFinlandiyas1:290 1  1
21.11.2007AÇSOBelçikae0:190 1  1
26.03.2008YOLitvas0:190 1  1
01.06.2008YOBosniya və Herseqovinas0:190 1  1
04.06.2008YOAndorras2:190 1  1
20.08.2008YOİslandiyas1:190 1  1
27.08.2008YOIrans0:190 1  1
06.09.2008DÇSOUelss0:190 11 1
10.09.2008DÇSOLixtenşteyne0:090 1  1
11.10.2008DÇSOFinlandiyas0:190 1  1
15.10.2008YOBəhreyns2:190 1  1
19.11.2008YOAlbaniyae1:190 1  1
28.03.2009DÇSORusiyas0:290 1  1
02.06.2009YOTürkiyəs0:251 1011
06.06.2009DÇSOUelse0:190 1  1
09.06.2009YOİspaniyae0:690 1  1
12.08.2009DÇSOAlmaniyae0:290 1  1
25.02.2010YOİordaniyas2:090 1  1
03.03.2010YOLüksemburqs2:190 1  1
26.05.2010YOMoldovan1:190 1  1
29.05.2010YOMakedoniyan1:375-11  1
02.06.2010YOHondurasn0:090 1  1
11.08.2010YOKüveyte1:145 1  1
07.09.2010AÇSOAlmaniyas1:690-11  1
08.10.2010AÇSOAvstriyas0:390 1  1
12.10.2010AÇSOTürkiyəe1:09011  1
09.02.2011YOMacarıstann0:290 1  1
29.03.2011AÇSOBelçikas1:490 1  1
03.06.2011AÇSOQazaxıstans1:290 1  1
07.06.2011AÇSOAlmaniyas1:390 1  1
10.08.2011YOMakedoniyae0:190 1  1
02.09.2011AÇSOBelçikae1:190 1  1
06.09.2011AÇSOQazaxıstane3:290 1  1
07.10.2011AÇSOAvstriyae1:490 1  1
11.10.2011AÇSOTürkiyəs0:190 1  1
24.02.2012YOSinqapurn2:245 1  1
27.02.2012YOHindistann3:090 1  1
29.02.2012YOFələstinn0:290 1  1
15.08.2012YOBəhreyne3:090-pen.1  1
07.09.2012DÇSOİsraile1:190 1  1
11.09.2012DÇSOPortuqaliyas0:390 1  1
22.03.2013DÇSOLüksemburqs0:090 1  1
26.03.2013DÇSOPortuqaliyae0:290 11 1
29.05.2013YOQətərs1:145     
07.06.2013DÇSOLüksemburqe1:190 1  1
14.08.2013YOMaltae3:013     
07.09.2013DÇSOİsrails1:190 1  1
11.10.2013DÇSOŞim İrlandiyae2:090 1  1
15.10.2013DÇSORusiyae1:190 1  1
05.03.2014YOFilippinn1:032     
03.09.2014YORusiyas0:490 1  1
09.09.2014AÇSOBolqarıstane1:290 1  1
10.10.2014AÇSOİtaliyas1:290 11 1
13.10.2014AÇSOXorvatiyas0:690(1)1  1
16.11.2014AÇSONorveçe0:190 1  1
28.03.2015AÇSOMaltae2:090 1  1
07.06.2015YOSerbiyan1:445 1  1
12.06.2015AÇSONorveçs0:090 1  1
03.09.2015AÇSOXorvatiyae0:090 1  1
06.09.2015AÇSOMaltas2:290 1  1
10.10.2015AÇSOİtaliyae1:390 1  1
13.10.2015AÇSOBolqarıstans0:290 11 1
26.03.2016YOQazaxıstann0:145 1  1
29.05.2016YOMakedoniyan1:390 1  1
04.09.2016DÇSOSan-Marinos1:090 1  1
08.10.2016DÇSONorveçe1:090 1  1
09.03.2017YOQətərs2:145 1  1
26.03.2017DÇSOAlmaniyae1:490 1  1
10.06.2017DÇSOŞim İrlandiyae0:190 1  1
01.09.2017DÇSONorveçs0:290(1)1  1
05.09.2017DÇSOSan-Marinoe5:19011  1
 
DÇSO – dünya çempionatının seçmə oyunu, AÇSO – Avropa çempionatının seçmə oyunu, e – evdə, s - səfərdə, n – neytral meydanda, (1) – avtoqol, pen. – penaltidən, -pen. – qaçırılan penalti, dəq – dəqiqə, st – start heyətində, sv – sarı vərəqə, qv –qırmızı vərəqə, k – kapitan.
 
Vüqar XEYRULLAYEV




Geri dön