Ana Sayfa > Karusel / Şou-Biznes > Tanınmış müğənninin oğlunun vəziyyəti ağırdır: "Kəllə sümüyü çıxarılıb"

Tanınmış müğənninin oğlunun vəziyyəti ağırdır: "Kəllə sümüyü çıxarılıb"


28-09-2017, 11:37. Yazar: Xeberaz

Meyxanaçı-müğənni Samirə Yusifqızının oğlunun başına iş gəlib.İfaçı bu barədə “APA TV”-nin “Show time” verilişində deyib. O bildirib ki, 30 yaşlı oğlunun vəziyyəti ağırdır: "Hovuza tullanmaq istəyəndə onu itələmişdilər, başı dəymişdi, qapalı kəllə-beyin travması almışdı. Kəllə sümüyü çıxarıldı. İki aydan sonra yenidən əməliyyat olunacaq. Kəllə sümüyü yerinə qoyulacaq. Əməliyyat üçün maddi baxımdan heç kimə müraciət etməmişəm. Bunu özümə sığışdıra bilmirəm”.
 
 
Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da "APA TV"-də Yalçın Uğurun təqdimatında yayımlanır.
Geri dön