Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > Uşaqlar arasında qrip yayılıb - Baş pediatr valideynləri İTTİHAM ETDİ

Uşaqlar arasında qrip yayılıb - Baş pediatr valideynləri İTTİHAM ETDİ


28-09-2017, 11:25. Yazar: Xeberaz


Hazırda ölkədə azyaşlılar arasında qrip mənşəli viruslara yoluxma hallarında artım müşahidə olunur. Bəzilərinin etinasız yanaşdığı qrip virusu əslində bir çox xəstəliklərin başlanğıcına rəvac verir. Müşahidə olunan xəstəlik yüksək hərarət, bəlğəmli öskürək, ishal və qusma kimi əlamətlərlə özünü biruzə verir.
 
Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev açıqlamasında xəstəliyin mövsüm dəyişikliyi ilə bağlı olduğunu deyib:
 
“Havaların kəskin dəyişməsilə xəstəlik müşahidə edilə bilər. Təəssüf ki, iqlim kəskin dəyişsə də, bəziləri geyimlərini dəyişməyiblər. Bəzi hallarda validyenlər uşaqlara qarşı diqqətsiz olurlar. Onları havaya uyğun geyindirmirlər. Belə olan halda uşaqlarda soyuqdəymə xəstəlikləri müşahidə olunur. Havanın temperaturunun azalması ilə bədəndə soyuma olanda bir qisim virus və bakteriyalar baş qaldırır. Bu da azyaşlıların xəstələnməsi, yaxud kəskin respirator virus, angena  kimi özünü biruzə verir. Bu da payız-qış mövsümü üçün xarakterikdir”.
 
Baş pediatr bildirib ki, azyaşlıların il ərzində ən azı 2 dəfə qripə yoluxması normal qarşılanmalıdır:
 
“Bir az obrazlı desək, ildə iki dəfə qrip olmaq uşaqların haqqıdır. Bu dünya praktikasında belədir”.
 
N.Quliyev digər səbəb kimi uşaq kollektivlərinin fəaliyyətə başlamasını göstərib:
 
“Xəstəliyin artması həm iqlimin dəyişməsi, havaların soyuması ilə, həm də sentyabrdan başlayaraq uşaq kollektivlərinin yenidən fəaliyyəti ilə bağlıdır. Uzun müddət aradan sonra uşaqların kollektivlərdə toplaşması da xəstəliklərin artmasını şərtləndirən amildir. 
Bu vaxt xəstə uşağın digər uşaqları yoluxdurma ehtimalı artır”.
Geri dön