Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakı metrosunda 9 yeni stansiya tikiləcək

Bakı metrosunda 9 yeni stansiya tikiləcək


22-09-2017, 16:22. Yazar: Xeberaz
Bakı metrosunda 9 yeni stansiya tikiləcək
“Bakı metropoliteni” QSC metronun “yaşıl” xəttinin genişləndirilməsi ilə bağlı tikinti işlərinə başlayıb.
Bunu “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev deyib.
Onun sözlərinə görə, yenis stansiyalar üçün ərazi artıq ayrılıb: “Tikinti artıq başlayıb, amma hələlik konkret tarixlər barədə danışmaq tezdir”.
Gələcəkdə metropolitenin “yaşıl” xəttinin dairəvi xəttə çevrilməsi planlaşdırılır. Bununla bağlı olaraq “Xətai” və “Həzi Aslanov” stansiyaları arasında 3 stansiyanın tikilməsi və “Dərnəgül”lə “Həzi Aslanov” stansiyalarının birləşdirilməsi nəzərdə tutulur. Ümumilikdə “Dərnəgül” və “Həzi Aslanov” stansiyaları arasında 9 stansiyanın tikintisi planlaşdırılır.
E.İsayev həmçinin qeyd edib ki, Bakı Metropoliteninin “bənövşəyi” xəttində də tikinti işləri davam etdirilir.



Geri dön