Ana Sayfa > Karusel / Hadisə > Salyanda dəhşətli qəza: 4 qadın öldü

Salyanda dəhşətli qəza: 4 qadın öldü


20-09-2017, 09:35. Yazar: Xeberaz


Fövqəladə Hallar Nazirliyi Ələt-Astara yolunda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.Xeberaz.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini “VAZ” markalı minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:10-da başa çatıb. 
 
Qəza nəticəsində ölənlərin kimliyi bəlli olub. Onlar Salyan sakinləri, 1980-ci il təvəllüdlü Əhmədova Arzu Ağahüseyn qızı, 1958-ci il Əhədova Gilas Məhərrəm qızı, 1965-ci il təvəllüdlü Baxşıyeva Sevinc İbrahim qızı və 1984-cü il təvəllüdlü Qasımova Vəfa Əhəd qızıdır. 
 
 




Geri dön