Ana Sayfa > Karusel / Şou-Biznes / Məşhurların Taleyi > Müğənni keçmiş əri ilə evlənən bacısından danışdı: "Üzünə baxmaram"

Müğənni keçmiş əri ilə evlənən bacısından danışdı: "Üzünə baxmaram"


17-09-2017, 09:29. Yazar: Xeberaz
Müğənni keçmiş əri ilə evlənən bacısından danışdı: "Üzünə baxmaram"
1964-cü ildə musiqiçi Atilla Alpsakarya ilə ailə quran müğənni Neşe Karaböcek illər sonra bacısı ilə bağlı etiraflar edib.
 
1974-cü ildə ərindən boşandıqdan sonra bacısı Gülden Karaböceyin Atilla ilə evlənməsi sənətçinin bacısı ilə düşmənçiliyinin əsasını qoyub. Neşe Güldenlə 44 ildir danışmadığını deyib: 

“Özümün etdiyim hər hansı hərəkətimə görə peşmançılığım yoxdur, amma mənə edilənləri unutmaram. Güldenlə 44 ildir küsülüyük. Məndən heç vaxt üzr istəmədi. Anamın dəfnində qarşılaşdıq. Heç nə olmamış kimi bir-iki şey haqda danışdıq. Sonra ayrıldıq. Bağışlamaq Allaha məxsusdur, amma qürurum onu bağışlamağa əl vermir. Üzünə belə baxa bilmirəm. Baxmaram da…”. 

Xatırladaq ki, Neşe ilə Atillanın bir oğlu var. Gülden bacısının Atilla ilə boşanmasından sonra ona ərə gedib. Lakin cütlüyün nikahı 9 il çəkib. 





Geri dön