Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Aeroport yolunda ağır qəza - VİDEO

Aeroport yolunda ağır qəza - VİDEO


2-09-2017, 12:10. Yazar: Xeberaz
 
Bu gün səhər saatlarında aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
99-KB-810 dövlət nömrə seriyalı, qara rəngli "Mercedes Benz E-Class" markalı avtomobil idarəetməni itirərək yol kənarına və digər nəqliyyat vasitələrinə çırpılıb. 
Hadisə nəticəsində 99-LM-518 dövlət nömrə seriyalı, ağ rəngli digər "Mercedes Benz S-Class" zədələnib. Xəsarət alanların olduğu bildirilir. Onlardan birinin vəziyyəti ağırdır.
Qəza yerinə dərhal yol patrul əməkdaşları və təcili tibbi yardım maşınları cəlb edilib. 
Sözügedən istiqamətdə nəqliyyatın hərəkatı qismən məhdudlaşıb.


Geri dön