Ana Sayfa > Karusel / Qadınlar > Saçların gözəlliyi üçün çörək maskası. ƏLA NƏTİCƏ!
Saçların gözəlliyi üçün çörək maskası. ƏLA NƏTİCƏ!31-08-2017, 16:12. Yazar: Xeberaz |
Çörək B qrupu vitaminlərlə olduqca zəngindir. B qrupu vitaminləri saçlar üçün çox xeyirlidir - saçların strukturunu yaxşılaşdırır, saçların tökülməsini və saçların yağlılığını azaldır, baş dərisinə müsbət təsir edir. Saçlarınızı daha möhkəm və gözəl etmək istəyirsinizsə, çörək maskalarından istifadə edin. Quru qara çörəyi (1/2 çörək götürülür) axşamdan qaynar suda isladın (su çörəyin üstünə çıxana kimi götürülür). Səhər çörəyi blenderdə əzin və alınmış kütləni saçlarınıza çəkib əvvəl polietilen plyonka, sonra isə dəsmalla bağlayın. 1 saatdan sonra başınızı yuyun. Saçlarınız yağlıdırsa maskaya 1/2 limonun şirəsini, saçlarını qurudursa, 1 xörək qaşığı gənəgərçək yağı əlavə edin. Belə maskaları tez-tez edə bilərsiniz. Bir müddətdən sonra saçlarınızın vəziyyəti xeyli yaxşılaşacaq. Geri dön |