Ana Sayfa > Karusel / İdman > Yığmamız dünya çempionatına itki ilə yollanacaq

Yığmamız dünya çempionatına itki ilə yollanacaq


19-08-2017, 11:34. Yazar: Xeberaz

Dünya çempionatında çıxış edəcək kişi boksçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az-ın ABF-nın rəsmi saytına istinadən məlumatına görə, millimiz Almaniyanın Hamburq şəhərində keçiriləcək mundiala itki ilə yollanacaq.
 
Boksçularımız lisenziya xarakteri daşıyan Avropa çempionatında mundiala 5 vəsiqə qazansa da, Almaniyada rinqə 4 idmançımız çıxacaq. Buna səbəb Abdulqadir Abdullayevin (91 kq) heyətdən kənar qalmasıdı.
 
Həkimlər hazırlıqda zədələnən boksçunun rinqə çıxmasına icazə verməyiblər. Bu üzdən də mundialda ölkəmizi Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcək.


Geri dön